Zaqatalada "KamAZ" yanıb.

"Unikal" xəbər verir ki, Zaqatala rayonu, Sumaylı kəndi ərazisində 2000-ci il təvəllüdlü Həsənov Abdulla Əmirbiddin oğlunun idarə etdiyi Kommunal Müəssisələr Kombinatına məxsus avtomobildə yanğın baş verib. Yanğın yerinə Zaqatala DYMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı "KamAZ" markalı 62-AC-538 dövlət qeydiyyatlı yük avtomobilinin salon hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Seymur Əli