Paytaxtın Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza ötən gün rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Aydın Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobil daş hasara çırpılıb. 

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən A.Nəcəfov gecə saatlarında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.