Göyçayda 60 yaşlı kişi qoz ağacından yerə çırpılıb. Çoxsaylı xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.
"Unikal"ın məlumatına görə, hadisə Çayaltı kəndi ərazisində baş verib. Qoz yığmaq üçün ağaca çıxan 1965-ci il təvəllüdlü Əliyev İmdad Məmməd oğlu müvazinətini itirərək sərt şəkildə yerə çırpılıb. Ayağı və çiyni sınan, eləcə də digər bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Durumu orta-ağır olaraq dəyərləndirilir.
Ehtiram Muradov
