Qoz ağacından yıxılan 65 yaşlı kişi ölüb.

"Unikal" xəbər verir ki, hadisə Şəki rayonunun Baş Layısqı kəndində baş verib. Kənd sakini,1960-cı il təvəllüdlü Şirinov Allahyar Hümbət oğlu qoz ağacından yıxılaraq ağır bədən xəsarətləri alıb. A.Şirinov xəstəxanaya çatdırılsa da, orda dünyasını dəyişib.

Seymur Əli