Masallıda avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə sentyabrın 18-də saat 19 radələrində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada 1992-ci il təvəllüdlü Əhmədov Famil Faiq oğlunu vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən sentyabrın 25-də xəstəxanada ölüb.

Faktla bağlı Masallı RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.