Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü 1957-ci il təvəllüdlü B.Vəliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 Tural Əhmədov