Şəkidə piyadanı vurub qaçan sürücü Coşqun Məmmədov saxlanılıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
***10:25
Şəkidə 28 yaşlı kişini avtomobil vurub.
"Unikal" xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib. Belə ki,1997-ci il təvəllüdlü Əsgərov Hasili avtomobil vurub. O, Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Seymur Əli
