Ağdaşda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Ağdaş-Qəbələ avtomobil yolunun rayonun Türyançay qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. İlkin məlumata görə iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Türyançay qəsəbə sakinləri - 1989-cu il təvəllüdlü Nurlan Səfərov və 1998-ci il təvəllüdlü Namiq Abdullayev xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
