Türkiyədə FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhdindən 8 il ötür.
"Unikal" xəbər verir ki, FETÖ-nün 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdi Bakı vaxtı ilə saat 23:00 radələrində Baş Qərargahda silah səslərinin eşidilməsi və İstanbulda Boğaziçi körpülərinin bağlanması ilə ictimaiyyətə məlum olub.
Bundan sonra polis və hərbçilər çevrilişçilərə qarşı mübarizəyə aşlayıb. Prezident Ərdoğan saat 01.26-da xalqı meydanlara çağırıb.
Çevriliş cəhdi iflasa uğradı və səhər saatlarında demokratiyanın qələbəsi ilə başa çatdı.
Həmin gün baş verənləri xronoloji ardıcıllıqla təqdim edirik:
- 23.00: Baş Qərargahda atəş səsləri eşidilib və ələ keçirilmiş helikopter atəş açıb. İstanbulda Boğaziçi körpüləri bir qrup əsgər tərəfindən keçidə bağlanıb.
- 00.05: Baş nazir Binəli Yıldırım televiziya kanalına çıxaraq çevrilişə cəhd olduğunu bildirib.
- 01.13: TRT-ni tutan çevrilişçi əsgərlər, pirat çevriliş bəyannaməsini elan edib.
- 01.26: Prezident Rəcəb Tayyib Ərdoğan CNN TÜRK-də canlı yayıma çıxıb və xalqı meydanlara dəvət edib.
- 02.01: Ankara Polis İdarəsi döyüş təyyarələri və helikopterlərin hücumuna məruz qalıb.
- 02.43: Prezident Ərdoğan Dalamandan Atatürk Hava Limanına hərəkət etdi. Dövlət başçısının Marmarisi tərk etdiyini öyrənən çevrilişçilər də hərəkətə keçib. Bomba yüklü F-16-lar prezidentin getdiyi təyyarəni vurmaq üçün havaya qalxıb.
- 03.00: Çevrilişə cəhd edən əsgərlər saxlanılmağa başlayıb.
- 03.14: Diyarbəkirdən qırmızı beret geyinmiş əsgər batalyonu ilə havaya qalxan çevrilişçi briqada generalı Semih Terzi Astsubay Ömər Halisdemir tərəfindən güllələnib.
- 03.20: Çevrilişçilər havadan Gölbaşı Xüsusi Əməliyyat İdarəsi və TÜRKSAT-ı hədəfə aldılar.
- 03.42: Türkiyə Böyük Millət Məclisinə atılan bomba nəticəsində bəzi polislər və millət vəkilləri yaralanıb.
- 04.00: TRT yenidən normal yayıma qayıdıb. TRT Baş İdarəsi binasını ələ keçirməyə cəhd edən FETÖ-çü əsgərlər saxlanılıb.
- 04.20: Prezident Ərdoğan İstanbula getdi.
- 05.00: Ankara Respublika Baş Prokurorluğu çevrilişə cəhd edən FETÖ-yə bağlı ədliyyə məmurları və qondarma “Evdə Sülh Komitəsi”nin üzvü olan əsgərlər haqqında həbs qərarı çıxarıb.
- 07.52: 1-ci Ordu Komandanı, ordu generalı Ümit Dündar Baş Qərargah rəisi vəzifəsini icra edən təyin edilib.
- 08.50: FETÖ üzvü olan 29 polkovnik və 5 general vəzifələrindən uzaqlaşdırılıb.
- 09.32: Ankara Akıncı 4-cü Əsas Jet Baza Komandanlığına qarşı əməliyyat keçirilib. Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar xilas edilib.
- 09.36 Jandarma Baş Komandanlığı xüsusi hərəkat polisi tərəfindən ələ keçirildi.
- 10.40: Baş Qərargahı tərk edən 200-ə yaxın silahsız sıravi və astsubay polisə təslim olub. Keçmiş Hərbi Hava Qüvvələri komandanı general Akın Öztürk və Təlim və Doktrina Komandanlığı Rabitə və Dəstək Təlim komandiri general-leytenant Metin İyidilə qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi başlanıb.
- 21.02: Ankara Akıncı 4-cü Əsas Jet Bazasında əməliyyat başa çatıb.
- 22.57: Ankara Respublika Baş Prokurorluğu bütün yüksək cinayət baş prokurorluqlarına məktub göndərərək, inzibati və məhkəmə sistemində çalışan, "eyni təşkilatın üzvü sayılan" ümumilikdə 2745 hakim və prokurorun həbs edilməsini istəyib.
Ağarza Elçinoğlu

















































.jpg)







