Şəmkirdə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" ilə digər minik avtomobili toqquşub.
Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev hadisə yerində ölüb. Xəsarət alanlar Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov, 1990-cı il təvəllüdlü Asif Əliyev və 1988-ci il təvəllüdlü Röyal Sadıqovdur. Yaralılar Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar.
Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
*** 20:44
Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.
"Unikal" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov




































.jpg)




.jpeg)



.png)

.jpg)



