Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.
Gəncədə su anbarına düşən 9 yaşlı uşaq belə xilas edildi - VİDEO
20:15 30-01-2024
HADİSƏ
XƏBƏR LENTİ
01:05
00:30
00:23
00:07
00:03
23:52
23:34
23:04
23:00
22:19
22:10
21:43
21:37
21:02
20:57
20:15
19:55
19:45
19:14
19:12
18:41
18:29
18:23
Daha çox yüklə


























































