Əkrəm Əylislidən Hafiz Hacıyevə sərt cavab
15:12 11-02-2013
CƏMİYYƏT
“Hafiz Hacıyev səviyyəli adamlara qol-qanad verənlər Azərbaycan mənəviyyatının axırına çıxa bilər”, - yazıçı Əkrəm Əylisli Hafiz Hacıyevin “Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat” təyin etməsi ilə bağlı bəyanatını Turan-a şərh edərkən bildirib.
O deyib ki, normal ölkələrin hüquq-mühafizə orqanları belə bəyanatı verən şəxsləri məhkəməyə çəkər. “Amma bizdə hələ ki, hüquq-mühafizə orqanları bu adamın illərdən bəri bu sayaq sərsəm bəyanatlarına münasibət bildirməyib”, - yazıçı qeyd edib.
Ə.Əylisli Turan agentliyi vasitəsi ilə hüquq- mühafizə orqanlarını təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlər görməyə çağırıb. “Hüquq- mühafizə orqanları təsirli tədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getmək məcburiyyətində qala bilərəm”, - o vurğulayıb.
Digər Xəbərlər
2026-04-19 18:15:34
2026-04-19 17:55:35
2026-04-19 15:31:38
2026-04-19 14:59:40
2026-04-19 14:43:30
2026-04-19 14:38:42
2026-04-19 14:25:29
2026-04-19 12:32:13
2026-04-19 11:35:10
2026-04-19 11:27:22
2026-04-19 10:09:34
2026-04-19 00:38:49
2026-04-18 22:06:51
2026-04-18 20:41:24
2026-04-18 19:38:42
2026-04-18 19:10:58
2026-04-18 18:53:25
2026-04-18 15:52:30
2026-04-18 15:12:53
