FIFA eks-prezidenti Yozef Blatter və sabiq vitse-prezidenti Mişel Platiniyə qarşı rəsmən iddia qaldırıb.
Unikal.org ali futbol qurumu 2011-ci ilin fevralında fransalı keçmiş futbolçuya əsassız ödənilmiş 2 milyon dolların qaytarılmasını tələb edib.
Bu bir müddət öncə FIFA-nın İdarəetmə üzrə Komitəsinin yekdilliklə qəbul etdiyi qətnamədə əksini tapıb. Həmin sənəddə göstərilir ki, FIFA keçmiş səlahiyyətli şəxsinin birindən digərinə qeyri-qanuni ödənilmiş vəsaiti geri qaytarmaqda borcludur. Hətta İsveçrə Federal Ali Məhkəməsi 2 milyon dollar məbləğində "hədiyyə"yə əsaslandırılmamış vəsait kimi baxılmasının gərəkliyini təsdiqləyib.
Faiz, əlavə nizam-intizam xərcləri və cərimələri formasında qaytarılmış vəsaitlər, ilk növbədə, futbolun inkişafına yönəldiləcək.
Qeyd edək ki, Yozef Blatter və Mişel Platini öz tərəflərindən hər hansı qayda pozuntusunu inkar edirlər.









.jpg)





































.jpg)




.jpeg)


